XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



27 Noy
2021
12:30
1218
27
Noy
12:30



Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində nəqliyyat vasitəsini çoxavazlı səs siqnalı quraşdıraraq idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən Sabirabad rayon sakini Fərhad Xəlilov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə saxlanılıb.

Saxlanılan zaman sürücü polis əməkdaşlarına müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin onun bu cəhdinin qarşısı şöbə əməkdaşları tərəfindən alınıb.

Maşına keçirilən baxış zamanı isə əlavə qurğu hesab edilən çoxavazlı səs siqnalı aşkarlanıb.

Sürücü F.Xəlilov barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka inzibati qaydada həbs edilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.