XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



04 Dek
2021
16:24
1137
04
Dek
16:24



İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İ.Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İ.Əliyev məhkəmə zalında həbs olunub.Qeyd edək ki, hadisə bu il martın 18-i saat 01:00 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.Verdiyev və C.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.