![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
14 Dek 2021
23:20
![]() |
14
Dek 23:20
![]() İlham Əliyev: “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir” “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir” . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şəmkirdə birmərtəbəli ev yanıb
Bakıda yük avtomobili yanıb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
|
|