![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
15 Dek 2021
16:09
![]() |
15
Dek 16:09
![]() İlham Əliyev: "Moldova ilə qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir" “Hesab edirəm ki, hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir”. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşdə söyləyib. “Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq”, - dövlət başçısı bildirib. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şəmkirdə birmərtəbəli ev yanıb
Bakıda yük avtomobili yanıb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
|
|