Ötən gün Bakıda temperatur iqlim normasından 3.1 dərəcə yuxarı olub
Əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Bu barədə Xeberoxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qar örtüyünün hündürlüyü Ağdərədə 9 sm, Qaxda 7 sm, Naxçıvan, Şahbuz, Lerikdə 1 sm olub.
Düşən yağıntının miqdarı Biləsuvarda 6.0 mm, Lənkəranda 5.0 mm, Göytəpə, Astarada 4.0 mm, Ağdərə, Cəfərxanda 3.0 mm, Ordubad, Tərtər, Sabirabad, Salyan, Hacıqabul, Culfada 2.0 mm, Şahbuz, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qax, Şamaxı, Qobustan, Lerik, Kürdəmir, Zərdab, Şirvan, Göyçay, Yevlax, Mingəçevir, Bərdədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında : Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında 1.0 mm-dək olub.
Yanvarın 31-də Bakıda temperatur iqlim normasından 3.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-11° isti, Naxçıvan MR-da 2-6° isti, dağlıq rayonlarda 1° şaxtadan 3°-dək isti, aran rayonlarında 5-9° isti olub.
Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.