"Balaca olanda küçədə çarəsiz, gözü görməyən, əli-ayağı olmayan, ya da dilənçilik etməyə məcbur olan insanları görəndə, evdə ağlayırdım".
Xeberoxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Müğənni "Səs Azərbaycan" yarışmasında komandasından uzalqaşdırdığı iştirakçılardan bəhs edib:
"Deyirdim ki, belə qəddar dünyada yaşamaq istəmirəm. Dünyadan zəhləm gedir. Hələ böyüdükdən sonra özümün nə hücumlara, şərlərə, böhtanlara məruz qalacağımdan xəbərsiz idim.
"Səs Azərbaycanda" qaydalara görə Fuadı kənarlaşdıranda özümdən də zəhləm getdi. Mirəhmədi də oyundan kənar etsəydim, eyni hissi yaşayacaqdım. Kimi uzaqlaşdırdımsa, paralel olaraq eyni hissi yaşadım. bu nə dünya, bu nə mizah, bu nə imtahan, bu nə sınaq... Yaxşı ki, özümə təsəlli verməyə imkan var. düşünürəm ki, onları tanıdım. Sənət yollarında az-çox onlara dəstək ola bilərəm. Nə olsun ki, düşünürəm. Bunları etməyənə qədər gözümə yuxu getmir ki... Özümdən zəhləm gedir".(Axşam.az)
Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.