Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
19:03
741

02
Sen
19:03



1 mbits internet ayda cəmi 50 qəpik

Sentyabr 1-dən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilib.

«Caspian Telecom»dan XeberOxu.Az-a verilən məlumata görə, Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli və keyfiyyətli fiber-optik internetdən istifadə edəcəklər. İndi 36 mbit/s sürətli fiber-optik internet ayda cəmi 18 azn təşkil edəcək, yəni 1 mbit/s internetin aylıq qiyməti cəmi 50 qəpikdən. Xatırladaq ki, indiyədək eyni qiymətə cəmi 15 mbit/s sürətli internet əldə etmək mümkün olurdu.

Daha yüksək sürətli Ailə NET internet tarif planlarında da ucuzlaşma müşahidə olunur. Artıq 56 mbit/s sürətli tarif planı 28 azn, 70 mbit/s isə 35 azn təşkil edir. 100 Mbit/s tarif planında isə aylıq abunə qiyməti cəmi 50 azn təşkil edir.

Ailə NET internet tarifləri: http://aile.tv/service_post/internet

Qeyd etmək lazımdır ki, internet tariflərinə tətbiq olunan bu həcmdə güzəşt Azərbaycanda ilk dəfə məhz Ailə NET internet provayderi tərəfindən tətbiq olunur.

Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur.

Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur. Mövcud abunəçilər də yeni WiFi Router cihazı əldə edə bilərlər, lakin bunun üçün onlardan 6 ayın abunə haqqını öncədən ödəmək tələb olunur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az