# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
17:40
1305

26
Mart
17:40



142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, funksional imkanları artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son 6 saat ərzində Çağrı mərkəzinə 1700-dən çox, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 300 müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.

Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 60 operator zəngləri cavablandırmaqla məşğuldur.

Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.

Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.