Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
19:46
1726
15
Sen
19:46



15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib -Video

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib.

Müdafiə Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində Hərbi Liseyi 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasının ali hərbi məktəbinə daxil olub.

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Lamiyə Əsgərova və kursant Xəyyam Gülməmmədov çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər.
Çıxışların ardından orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, tribuna önündən təntənəli keçid olub.

Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev pedoqoji kollektivlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.