# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
20:00
1159

22
May
20:00



155 qlobal korporasiya birləşərək COVID-19-dan sıfır itki ilə çıxmağı təklif edir

2,4 trilyon ABŞ dolları dəyərində kapitalı və 5 milyondan çox işçisi olan 155 qlobal şirkət öz güclərini səfərbər edərək dünya hökumətlərini COVID-19 - dan sonra iqtisadiyatın inkişafında iqlimin bərpasına çağıran bir bəyanat imzalayıb.

XeberOxu.Az-ın məlumatına görə,  şirkətlərə, fəsadları effektiv şəkildə həll etmək üçün iqtisadiyyatın yenidən qurulması ilə bərabər, 2050-ci ilə qədər sıfır tullantılara nail olmaq öhdəliklərini yerinə yetirmələri qəti şəkildə tövsiyyə olunur. Bu əməkdaşlıq gələcəkdə fövqəladə hallara və təbii fəlakətlərə qarşı həssaslığı azaltmağa və cəmiyyətin dayanıqlığını gücləndirməyə kömək edəcəkdir. Onlar hesab edirlərki sıfır karbohidrogen tullantıları olan davamlı iqtisadiyyat sistemli şəkildə qurulmalıdır.

Dunya, koronavirus (COVID-19) nəticəsində insanların həyatını və rifahını məhv edən, tədarük zəncirini pozan, bərabərsizliyi əhəmiyyətli dərəcədə gücləndirən və davamlı inkişaf hədəflərinə çatmağa mane olan qlobal bir pandemiya ilə qarşılaşdı. Eyni zamanda qlobal iqlim böhranı səbəbindən o, insanlar və bütün təbii sistemlər üçün mənfi təsirlərə səbəb olmaqda davam edir. Bu bir-biri ilə əlaqəli böhran vəziyyətlərində onlardan yalnız biri ilə mübarizə aparmaq mümkün deyil. Əhalinin sağlamlığı planetin vəziyyətindən asılıdır. Hər iki problem həll olunmalıdır.

İddialı hədəfləri həyata keçirərək, dünya səviyyəsində havanın 1,5 ° C-dən yuxarı qalxmamasına çalışmalıyıq ki, bu da əhalinin sağlamlığı və təhlükəsizliyini, həm də planetin təhlükəsizliyini təmin edəcəkdir.

Bu çağırış, Elmi Nailiyyətlərə Əsaslanan Hədəflər təşəbbüsü (SBTi) və 1,5°C kampaniyasının tərəfdaşları, BMT-nin Qlobal Sazişi və We Mean Business (Biznesi nəzərdə tuturuq) koalisiyası tərəfindən edilib. CDP (İnkişafın Planlaşdırılması Komitəsi), BMT-nin Qlobal Sazişi, Dünya Resursları İnstitutu və WWF (Ümumdünya Təbiəti Mühafizə Fondu) tərəfindən qiymətləndirilir və təsdiqlənir.

Azərbaycanda Holcim kimi tanınan, LafargeHolcim şirkəti bu bəyanat imzaladı. Şirkəıtin Baş Direktoru Jan Jenisch qeyd edib: “Bu öhdəliyi əsas götürərək bu hərəkata qoşulmaqdan qürur duyuruq. LafargeHolcim daha az karbon emissiyaları üzrə tikinti şirkətləri arasında liderdir. Əməliyyatlarımızdan tutmuş məhsullarımıza və həll yollarımıza qədər bütün dünyada davamlı həyatı təmin etməyə çalışırıq. Hərtərəfli yanaşma ilə baxsaq, təmiz mühitə dəstək verərək, 2019-cu ildə fəaliyyətimizi gücləndirmək üçün 40 milyon tondan çox tullantını təkrar emal etdik. Birgə işimizlə daha sağlam bir dünya qurmağa çalışacağıq. Biz indi həmişəkindən daha çox bu misli görünməmiş sağlamlıq böhranı ilə davamlı bərpa ehtiyacları arasındakı nöqtələri birləşdirərək liderlik nümayiş etdirmək istəyirik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.