AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyun
2019
19:17
378



1770 nəfərin müqaviləsiz işə cəlb olunduğu aşkarlanıb

2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyindəki dəyişikliklər qeyri-dövlət sektorunda əmək münasibətlərinin tənzimlənməsi sahəsində əlverişli iqtisadi şərait formalaşdırıb.

Vergilər Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, aparılan təhlillər göstərir ki, mövcud şərtlər altında əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən şəffaflaşma prosesi getməkdədir. Belə ki, 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub (bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşür).

Əmək münasibətlərinin “kölgədən” çıxması prosesi ayrı-ayrı sektorlar üzrə müxtəlif dinamika ilə davam edir. İqtisadi fəaliyyət sahələrində müsbət dəyişikliklər müşahidə olunsa da, bəzi işəgötürənlər üzrə bu prosesin gözlənilən səviyyədə olmadığı müşahidə olunmaqdadır. Bu baxımdan Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsinin qarşısının alınması, əmək haqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.

Paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra ictimai iaşə obyektlərində və istixanalarda əmək müqavilələrinin bağlanması və əmək münasibətlərinin müvafiq qaydada rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə vergi nəzarət tədbirləri keçirilib. May ayı ərzində 32 şadlıq evində və 61 istixanada keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 1.770 nəfər fiziki şəxsin əmək müqaviləsiz işə cəlb olunduğu faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə birinci dəfə pozuntu halına yol verildiyi üçün maliyyə sanksiyası əvəzinə vergi ödəyicilərinə xəbərdarlıq edilib.

Bununla yanaşı, vergi nəzarəti tədbiri keçirilmiş 53 vergi ödəyicisinin fəaliyyəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlaməti faktları müəyyən edilib. Müvafiq araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcəkdir.

Qeyd edilməlidir ki, vergi nəzarəti tədbirlərinin davam etdiyi may ayı ərzində şadlıq evləri tərəfindən könüllü olaraq 1.111 nəfərlə, istixanalar üzrə 867 nəfərlə əmək müqaviləsi bağlanılaraq elektron informasiya sistemində qeydiyyata alınması təmin edilib.

Vergilər Nazirliyi əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində nəzarətin gücləndirildiyini elan etməklə bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcəkdir. Eyni zamanda, vətəndaşlar da öz hüquqlarını tələb etməli, əmək müqaviləsinin onların əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib







Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi







Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib







Minimum aylıq əməkhaqqı artırıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az