XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



06 Apr
2021
20:55
2760
06
Apr
20:55



Yeni Porsche hiperkarı 2025-ci ildə debüt edə bilər

Porsche şirkətinin rəhbəri Oliver Blyum, Porsche 918 Spyder modelinin davamçısı olacaq yeni hiperkarın 2025-ci ildən əvvəl işıq üzü görməyəcəyini bildirib. Top menecer hiperkarın yaradılmasının əsas məqsəd olmadığını söyləyib.

"Autocar" nəşrinin bildirdiyinə görə, Porsche şirkətinin son bir ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş illik konfransda Oliver Blyum, Porsche 918 Spyder superhibridinin davamçısının yaradılmasının hələ də aktual olduğunu, lakin bunun 2025-ci ilə qədər baş verməyəcəyini söyləyib - çünki bu günə alman markasının başqa prioritetləri var.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, 2019-cu ildə keçirilmiş Cenevrə avtosalonunda top menecer yeni hiperkarın yaradılması perspektivləri barədə eyni sözləri demişdi, amma sonra bunu batareya texnologiyalarının hələ də Porsche şirkətinin tələblərini təmin edəcək səviyyəyə çatmaması ilə əlaqələndirmişdi.

İndi isə, Blyumun sözlərinə görə, alman markası model çeşidinin elektrikləşdirilməsinə istiqamətlənib və 2021-ci ildə həm satılan avtomobillərin sayı, həm də əməliyyat mənfəəti üzrə yeni rekord əldə etmək niyyətidədir.

Ultrabahalı hiperkarın isə hər iki məqsədlə heç bir əlaqəsi yoxdur, buna görə də onu dörd - beş il ərzində gözləmək lazım olacaqdır. 918 Spyder modelinin davamçısının hibrid və ya elektrokar olacağı hələlik məlum deyil. Porsche superhibridinin son, 918-ci nüsxəsi, 2015-ci ilin yayında buraxılıb. Qeyd etmək lazımdır ki, superhibridin bütün tirajı 2014-cü ildə tamamilə  satılmışdı.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər Avto-Moto xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.