XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



14 Apr
2021
06:29
611
14
Apr
06:29



“Modern Diplomacy” saytında Cənubi Qafqazda sülh və problemlərdən bəhs edən məqalə dərc olunub

“Modern Diplomacy” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Müharibədən sonrakı Cənubi Qafqazda sülh, problemlər və perspektivlər” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən bildirilib ki, yazıda Azərbaycan Milli Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) “İsgəndər M” ballistik raketinin qalıqlarını aşkar etməsinin müəyyən dəqiqləşdirmələr tələb etdiyi qeyd olunur. İnandırıcı cavabların olmaması təhlükəli fərziyyələrə səbəb ola bilər. Müəllifin fikrincə, bu problem münaqişə sonrası reabilitasiya dövrünə yumşaq keçidin qarşısını alır.

Müəllif yazır ki, keçmişdə işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş minaların yaratdığı təhlükə çox kəskindir: “İlkin hesablamalara görə, azad olunmuş ərazilərdə raketlər və döyüş sursatlarının zərərsizləşdirilməsi 5-6 il tələb edə bilər, minalanmış ərazilərin tamamilə təmizlənməsi isə 10-13 il çəkə bilər”.

E.Cəfərova qeyd edir ki, problemi daha da ağırlaşdıran odur ki, Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurmaq üçün etdiyi bütün xoşməramlı jestlərə baxmayaraq, Ermənistan Azərbaycana mina xəritələrini verməkdən imtina edir.

Sonda Esmira Cəfərova yazır ki, həll olunmayan məsələlərin mürəkkəbliyi şəffaflıq, əməkdaşlıq və qarşılıqlı kompromis tələb edir.


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.