XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



14 Apr
2021
10:25
685
14
Apr
10:25



Uşaqlarda koronavirusa yoluxma riski -VİDEO

"Koronavirusa yoluxma zamanı böyüklər arasında ölüm və fəsadlar 2.5-3, bəzi ölkələrdə isə 5 faizə qədərdirsə, uşaqlar arasında bu rəqəm 0.02 faiz səviyyəsindədir. Yəni uşaqların ölüm nisbəti böyüklərlə müqayisədə dəfələrlə aşağıdır".

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, koronanın gələcəkdə uşaqlara hansı təsir göstərəcəyi məlum deyil:

“Uşaqlar üçün hələlik koronavirus peyvəndi mövcud olmadığına görə onlara peyvənd vurulmur. Amma yəqin ki, bu, müvəqqəti prosesdir. Gələcəkdə növbəti mutasiyaların uşaqlarda hansı fəsadlar verə biləcəyi məlum deyil. Çox güman ki, uşaqlar üçün yaradılması planlaşdırılan koronavirus peyvəndləri ya planlı peyvəndlər cədvəlinə daxil ediləcək, ya da xəstəliyin kökünün kəsilməsinə nail olunacaq”.

N.Quliyev onu da bildirib ki, uşaqların koronadan qorunması üçün ətrafdakı insanların maskadan istifadə etməsi mütləqdir:

“Uşaqların virusa yoluxmaması üçün qoruyucu tədbirlər davam etdirilməlidir. 5 yaşa qədər uşaqların gigiyenik qaydalara riayət etməsinə nəzarət edilməsi çətindir. Uşaqlar maskadan istifadə etməsə belə, ətrafındakı insanlar maskalı olarsa, o zaman onlar virusdan qorunmuş olar”.

Baş pediatr onu da qeyd edib ki, uşaqlar üçün 11 yoluxucu xəstəliyə görə olan peyvəndlərin vurulması davam etdirilməlidir:

“11 yoluxucu xəstəliyə görə aparılan peyvəndlər koronavirusun mövcud olub-olmamasından asılı olmayaraq davam etdirilməlidir. Hazırda sözügedən peyvəndlər ölkəyə gətirilib və onların sayında hansısa çatışmazlıq problemi yoxdur. Uşaqlar üçün olan bu peyvəndlərin vurulmasını dayandırmaq böyük risklərlə nəticələnə bilər”.



Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Göyçayda 18 yaşlı qızın öldürüldüyü məlum oldu- TƏFƏRRÜAT








Binəqədidə 18 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb








Oğuzda 15 yaşlı məktəbli özünü asıb








Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.