XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



14 Apr
2021
12:05
1209
14
Apr
12:05



Sosial şəbəkədə tanış olduğu qızı evində öldürdü
Səbail rayonunda sevdiyi qadını qətlə yetirməkdə təqsirli bilinən Elnur Hümbətovun cinayət işi barədə XeberOxu.Az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Rəsul Rza küçəsi, 4 ünvanında baş verib. Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib.

Elnur Hümbətov saxlanan zaman ilkin ifadəsində İlahə Ağayeva ilə “Odnoklassniki” sosial şəbəkəsində tanış olduğunu bildirib. E. Hümbətov sərnişin daşıma ilə məşğul olub. İlahə Ağayeva isə işləməyib. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Elnur onunla ünsiyyət zamanı əvvəllər başqa kişilərlə də görüşdüyünü öyrənib. Amma İlahə bundan sonra yalnız onunla görüşəcəyini bildirib.

Hadisə günü Elnur Hümbətov İlahəyə zəng etsə də o, cavab verməyib. Elnur İlahənin evinin həyətinə gəlib və onun gəlməsini gözləyib. O, evə iş barədə danışmaq üçün görüşdüyü başqa bir şəxsin maşınında gəlib. İlahəni gətirən maşının kimə aid oplduğunu soruşanda o, maşın sahibinin həkim olduğunu və onu işə düzəldəcəyini deyib. 

Ağayevanın sözlərindən sonra Elnur İlahəyə belə olan təqdirdə onun həyatında artıq olmayacağını və ona olan 1500 manat borcundan hələlik 300-400 manatı qaytarmasını, qalan hissəsini isə yavaş-yavaş verəcəyini bildirib. Qadın isə Elnura borcu olmadığını, aldığı xırda borcun əvəzində isə onunla yaşadığını və evində qaldığını deyib. 

Bu zəmində baş verən mübahisə zamanı Ağayeva stolun üstündən bıçağı götürərək Elnurdan evi tərk etməyi tələb edib. Ardınca isə həmin bıçaqla yavaşca onun qarın nahiyyəsinin sol hissəsindən vurub. Bunu görən Elnur bıçağı İlahənin əlindən alaraq əvvəlcə 2 zərbə onun sol əlindən endirib. Qadının ayaqları dolaşdığından o yerə yıxılıb və həmin vəziyyətdə onu söyməyə başlayıb. Ağayeva yerdə olarkən o, bıçaqla bir dəfədə onu vurub. Həmin vaxt bıçağın sapı qırılıb. Elnur Hümbətov daha sonra çarpayıda olan balışı İlahənin üzərinə atıb və otaqdan bayıra çıxıb. 

İstintaqın sonunda Hümbətova qarşı CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. 

Məhkəmə ifadəsində Elnur Hümbətov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Zərərçəkmiş şəxs isə bildirib ki, təqsirləndirilən şəxsi bağışlamır və ona ağır cəza verilməsini tələb edib. 

Sonda məhkəmənin hökmü ilə Elnur Hümbətov 18 il müddətinə azadlıqdan məhrum olunub. 

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.