Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Apr
2019
18:26
288



2 nömrəli məktəbin müəlliminin iddialarına Təhsil Nazirliyinin CAVABI

2 nömrəli ümumi orta internat məktəblə bağlı müəllimin iddialarına Təhsil Nazirliyi rəsmi cavab verib.

Nazirlikdən XeberOxuAz-a bildirilib ki, müəllim Leyla Ucalın yazdığı fikirlər bu gün onun iştirakı ilə müzakirə ediləcək:

"Ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər".

Nazirlik əlavə edib ki, son bir neçə il ərzində internat məktəblərindəki şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfələrlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib.

Qeyd edək ki, həmin təhsil müəssisəsində bir müddət dərs keçdiyini deyən Leyla Ucal internat məktəbdə müəllimlərin özbaşınalığı, şagirdlərə qarşı şiddət və onların təhsil əvəzinə fiziki əməyə cəlb olunmasını iddia edib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az