Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
17:51
257

14
Yan
17:51



2019-cu il Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu - Sevinc Fətəliyeva

Yola saldığımız 2019-cu il bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də mühüm uğurlarla yadda qaldı.

Bunu  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, yola saldığımız ilin vacib hadisələri barədə danışarkən Azərbaycanın uğurla ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünü xüsusi qeyd etmək yerinə düşərdi: “Bu Zirvə görüşünə ev sahibliyi etməklə Azərbaycan Türkdilli dövlətləri arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə vermiş oldu.

Digər tərəfdən, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi təkcə ölkəmizin tarixində deyil, bütün dünyanın siyasi həyatında vacib hadisəyə çevrildi. Azərbaycan üçün bu tədbir ən azı ona görə əhəmiyyətli idi ki, Azərbaycanın 2019-2022-ci illər üçün bu nüfuzlu beynəlxalq strukturda sədrliyə başlaması ilə səciyyələnirdi. Bütün dünyaya isə bu hadisə Qoşulmama Hərəkatına üzv ölkələrin qlobal siyasətdə ikili standartlar siyasətinə qarşı və beynəlxalq hüququn aliliyi naminə mübarizə aparmaq potensialını bir daha nümayiş etdirdi.

Eyni zamanda, ötən il Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirildi, sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi”.

Deputat vurğulayıb ki, 2019-cu il xarici səfərlər baxımından da zəngin bir il oldu: “İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etdi, Azərbaycan Prezidentinin qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri keçirildi.

S.Fətəliyeva əlavə edib ki, ötən bir il ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib: “Bu baxımdan, xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımız tam təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il də Azərbaycanın tarixinə inkişaf və tərəqqi ili kimi daxil oldu”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.