Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
13:27
663

20
Iyun
13:27



2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” layihə Milli Məclisə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisə təqdim olunub.

Maliyyə Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200,0 milyon manat və işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15,0 milyon manat artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılması nəzərdə tutulur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az