Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
23:09
1134
20
Noy
23:09



2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib -Video

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

Müdafiə Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.
Əsgər Gündüz Mehdizadə bildirdi ki: “3000 metrdən çox yüksəklikdə əsgər yoldaşlarımla birgə ön xətdə xidmət aparırıq. Əsgər yoldaşlarımla biz qardaş kimiyik. Bizim burada rahat şəkildə xidmət aparmağımız üçün hər cür əlverişli şərait yaradılmışdır və biz ayıq-sayıq şəkildə döyüş növbətçiliyini yerinə yetiririk. Azərbaycan Respublikasına xidmət edirəm!”

Əlahiddə Ümumqoşun Ordunun möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb.

Yaradılan şəraitdən razılıq edən əsgər Cabbar Cabbarlının fikirləri belə oldu: “Gördüyünüz kimi bizim üçün burada müasir tələblərə cavab verən kazarmada hərbi xidmətimizin təşkili üçün bütün tələblərə cavab verən şərait yaradılmışdır. Biz hər zaman fəxr edirik ki, Vətən müharibəsində qalib gəlmiş müzəffər Azərbaycan Ordusunun əsgərləriyik.”
Müzəffər Ordumuzun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Dövlət-xalq-ordu birliyindən güc alaraq xidmətini davam etdirən əsgərlərimiz qazanılan qələbənin sevincini yaşayırlar.
Əsgər Seymur Fərhadlı uca zirvələrdə xidmət aparmağı ilə qürur duyduğunu bildirdi: “Son zamanlar ərzində müzəffər Ordumuzun apardığı uğurlu əməliyyatlar mən və əsgər yoldaşlarımın döyüş əzmini daha da yüksəltmişdir. Bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Əsgər Cavidan Şükürzadə deyir ki: “Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada sadəcə əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Qarşımızdakı düşmənin hər hansı bir təxribatı olarsa onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər. Necə ki, Dağlıq Qarabağda gedən döyüşlərdə bizim digər əsgər yoldaşlarımızın cavablarını gördülər. Düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə hazırıq. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Qarabağ Azərbaycandır!”
Yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.