XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
16:10
980
23
Yan
16:10



22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri uğurla davam etdirilir.

DİN-dən bildirilib ki, növbəti belə tədbir zamanı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında vətəndaş Elşən Kərimovu saxlayıb. Həmin şəxsdən Cəlilabad rayonunda qanunsuz yolla əldə edib gizlətdiyi külli miqdarda – 14 kiloqram 252 qram narkotik vasitə heroin, 1 kiloqram tiryək, 896 qram psixotrop maddə olan metamfetamin, o cümlədən 323 ədəd satışı qadağan olunan güclü təsiredici dərman “preqabalin” və 0,144 qram “metadon” aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Elşən Kərimov barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Adıgözəlov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 qram narkotik vasitə olan metamfetamin, avtomobilindən isə 3 kiloqram marixuana və 2 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Saxlanılan Anar Adıgözəlov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə Bülbülə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Teymur Cəfərov və Anar Əliyev saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 22 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredici dərman vasitələri qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusar sakinindən odlu silah götürüldü - FOTO







Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib - VİDEO







Gəncədə su sayğaclarını oğurlayan şəxs saxlanıldı







Ağstafa rayonunda "Ford" yanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.