20 Yan
2020
23:15
1345

20
Yan
23:15



Şamaxı və İsmayıllıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
Şamaxı və İsmayıllı rayonlarında 20 Yanvar faciəsinin qurbanları yad edilib.
“XəbərOxu.Az" xəbər verir ki, Şamaxı rayonunda ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini rayon mərkəzində Şəhidlər Xiyabanını ziyarət edib, məzarların üzərinə əklillər qoyub, şəhidlərin xatirələrinə ehtiramlarını bildiriblər. 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbirdə Azərbaycan xalqının azadlıq, müstəqillik əldə etməsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətindən bəhs edilib.
İsmayıllı rayonunda şəhidlərin xatirəsinə həsr olunan yürüş keçirilib. İctimaiyyət nümayəndələri və rayon sakinləri səhidlərin ruhuna ehtiramlarını bildiriblər. Bu hadisənin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğu yada salınıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.