![]() |
Haqqımızda
![]() |
RU |
04 Fev 2023
15:27
![]() |
04
Fev 15:27
![]() 29 ildir rəis olan məşhur general istefaya göndərilir - İddia Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bu ay istefaya göndəriləcəyi haqda iddia yayılıb. Xeberoxu.Az Teleqraf.com-a istinaən xəbər verir ki, buna səbəb kimi Ramiz Zeynalovun bu ay 72 yaşının tamam olması göstərilir. Qeyd edək ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) və SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib. 1976-cı ildə daxili işlər orqanlarında işə başlayıb. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. R.Zeynalov 2003-cü ildə “general-mayor” rütbəsi alıb. Generallar üçün xidmətdə ən son yaş həddi 70 sayılır. Buna görə də R.Zeynalovun 29 ildir rəhbərlik etdiyi qurumdan pensiyaya göndəriləcəyi barədə məlumatın yayılması təsadüfi deyil. Məqalə: ANDROID əməliyyat sistemli smartfonlar Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
|
|