Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
17:50
150

02
Dek
17:50



3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs vardır və əlilliyi olan şəxslər nazirlik tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir.

Müharibə əlilləri və onlara bərabər tutulanlar, eyni zamanda I dərəcə əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin uşaqları aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.

Cari ildə Prezident cənab İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir.

Mənzillə və minik avtomobilləri ilə təminat

Eyni zamanda, şəhid ailələri ilə bərabər, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir.

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

Ölkəmizdə əlilliyi olan şəxslərin rifahında mühüm rol oynayan və onlara dövlətin böyük dəstəyinin təzahürü olan proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri təminatıdır.

Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək qeyd olunan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə dəstəyi

Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb ki, burada sınanmış reabilitasiya metodları əsasında sağlamlıq imkanları məhdud uşaqlara bərpa xidmətləri göstərilir.

Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Heydər Əliyev Fondunun mühüm sosial layhələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb ki, bu mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmalarında mühüm önəm kəsb edir.

Fond tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalar, həmin insanların cəmiyyətə inteqrasiyasına yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünəinam hissinin yüksəlməsinə xidmət edən ardıcıl nəcib layihələr keçirilir.

Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına Fond öz mühüm dəstəyini göstərir.

Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

Ötən dövrdə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNİCEF-in təşkilatçılığı ilə «İmkanlara məhdudiyyət yoxdur» təbliğat-təşviqat kampaniyası da təşkil olunub.

Elektron təyinat sistemləri

Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, yaşa görə pensiyaların, daha sonra əlilliyə görə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir.

Sosial müavinətlərin, o cümlədən əlilliyi olan şəxslərə müavinətlərin, müvafiq kateqoriyalardan olan əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin və həmin uşaqlara qulluq edənə Prezidentin təqaüdünün təyinatı da elektronlaşdırılıb.

Ümumən 2019-cu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması təmin ediləcək ki, bununla da ildə bir hissəsi əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olan təqribən 180 minədək vətəndaş üzrə təyinatların elektron şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan həyata keçiriləcəkdir.

Əliliyi olan şəxslərin reabilitasiyası

Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ölkəmizdə yeni reabilitasiya mərkəzlərinin yaradılmasını, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsini təmin edib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi vardır.

Nazirliyin reabilitasiya müəssisələrində cari ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Bu müddətdə nazirliyin Protez-ortopedik Bərpa Mərkəzi tərəfindən bu kateqoriyadan olan 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib.

Respublikamızın bölgələrində yaşayan və reabilitasiya vasitələrini almaqdan ötrü özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslər üçün bu il demək olar ölkəmizin bütün rayon və şəhərlərində səyyar xidmətlər təşkil edilib, 836 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu xidmətdən faydalanıb və onlara ehtiyaclarına uyğun olaraq ümumilikdə 3952 reabilitasiya vasitəsi, o cümlədən 15 əlil arabası yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilib.

Dövlət başçısının göstərişi ilə son illərdə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ötən ay, yəni noyabr ayında Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakının Xəzər rayonundakı Mərdəkan Müalicə Pansionatı

əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib.

Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir reabilitasiya şəraiti yaradılır.

Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə də başlanılıb və artıq 2020-ci ildə ayrı-ayrı bölgələrdə yeni reabilitasiya ocaqlarının tikintisi də nəzərdə tutulub.

Yeni qurulan “Reabilitasiya” altsistemi reabilitasiya müəssisələri ilə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.

Sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olanlara sosial-məişət problemlərinin həll edilməsinə, habelə ayrı-ayrı əlilliyi olan şəxslərə müalicəsinə dəstək mqəsədilə məqsədilə birdəfəlik maddi yardımlar da edilir.

Əlilliyi olan şəxslər üçün reabilitasiya yönümlü sosial xidmətlər

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda, nazilriyin sifarişləri ilə icra olunan layihələr əsasında reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlilliyi olan şəxslərdir.

Prezident cənab İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncam xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsinə imkan yaradıb.

Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayı 1-dən 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayı 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayı 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 1-dən 3-ə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək üzrə 10 mərkəz, əlilliyi olan şəxslər üçün 10 peşə-sosial reabilitasiya mərkəzi və s. yaradılıb.

Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 10 minədək şəxsə xidmətlər göstərilir.

Əlilliyi olanların istedad və qabiliyyətlərinin dəstəklənməsi

Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə 1997-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ümumrespublika səviyyəli sərgi və baxış müsabiqələrə başlanılıb. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər də uğurla davam etdirilir.

Bu il də noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib.

Baxış-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə ümumilikdə 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib.

Onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri seçilib.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günündə onlara diplom və mükafatların, final mərhələsinin digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatların təqdim edilməsi, eyni zamanda, həmin qaliblərin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.

Əliliyi olan şəxslərin məşğulluğuna və sahibkarlığa çıxışına dəstək.

2019-cu ilin 11 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib.

İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan “İşsizin DOSTu” proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları və ƏƏSMN yanında DSMF-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu ilin 11 ayında ümumilikdə 251 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. Burada həmin təbəqədən olan gənclərin yeni peşələrə yiyələnməsi təmin edilir. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə cari ilin 1 ayında 200 nəfər, mərkəz fəaliyyətə başladıqdan bəri isə 1800 gənc peşə kurslarına cəlb edilib.

Peşə Reabilitasiya Mərkəzində peşə təlimi müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar mərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə ümumən sağlamlıq imkanları məhdud gənclərin həyatında müsbət dönüş yaradır.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.

2019-cu ildə də bu sahədə işlər aparılır, ilin əvvəlindən bəri proqrama cəlb edilən əlilliyi oan şəxslərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və işaxtaran şəxslərin proqrama cəlb edilməsi işləri davam edir.

Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

Güzəşt və əlavə təminatlar.

Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər üçün qanunvericilik aktlarında bir çox güzəşt və əlavə təminatlar da əksini tapıb.

Qanunvericiliyin təkmilləşdirilməsi.

Azərbaycan dövləti və hökumətinin siyasi iradəsi və fəaliyyət müstəvisi də əliliyi olan şəxslərlə bağlı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və dünyada mövcud olan mütərəqqi yanaşmalara əsaslanır.

Təsadüfi deyil ki, hələ 2008-ci ildə Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub.

Milli qanunvericiliyin həmin Konvensiyaya və ümumən əlilliyi olan şəxslərlə bağlı dünyada qabaqcıl təcrübələrdən irəli gələn yanaşmalara uyğunlaşdırılması üçün 2018-ci ilin may ayında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun qəbul olunub.

Əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası, təhsili, məşğulluğu, əlilliyi olan şəxslərin sosial təminatları və s. mühüm məsələlər əhatə edən bu Qanunun tətbiqi ilə əlaqədar olaraq 20-ə yaxın yeni normativ hüquqi akt hazırlanıb.

“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası” və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”, “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası” layihələrinin, əlilliyi olan şəxslərin turizm xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması üçün təkliflərin hazırlanması təmin edilib və digər istiqamətlərdə müvafiq fəaliyyətlər həyata keçirilib.

Eyni zamanda, nazirlik tərəfindən hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları” əlilliyin qiymətləndirilməsində ən qabaqcıl beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.

Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə əməkdaşlıq şəraitində, inkişaf etmiş ölkələrin ən müsbət təcrübələri əsasında yeni "Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi də hazırlanır.

Əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması məqsədilə Nazirlik tərəfindən qanunvericliyə dəyişiklik layihəsi də hazırlanıb və işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsinə dair zəruri tədbirlər görülməkdədir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az