Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
15:07
198



35 yaşlı rejissor təyyarənin yeganə sərnişini olub - VİDEO

35 yaşlı rejissor Vinsent Peon Nyu-Yorkdan Solt-Leyk-Sitiyə bu yaxınlardakı səyahəti zamanı yaddaqalan təcrübə qazanıb.

XeberOxu.az AZƏRTAC-a istinadən bildirir ki, qeydiyyat zamanı ona bu reysdə yeganə sərnişin olacağını izah ediblər. Məlum olub ki, Solt-Leyk-Sitiyə uçacaq "Delta" təyyarəsində texniki nasazlıq baş verib. Bu səbəbdən təyyarəni təcili əvəz etmək lazım gəlib. "Washington Post" yazır ki, Vinsent bileti son anda əldə etdiyindən ona məhz Nyu-Yorkdan əvəz olunmaqdan ötrü gələn boş təyyarəyə bilet satıblar.

V.Peonu sözün əsl mənasında özəl təyyarədə kral uçuşu gözləyirdi. Uçuşqabağı təlimat verilmə zamanı və uçuş zamanı bildirişlərdə stüardessalar Vinsentə adı ilə müraciət edirdilər. Bundan başqa, o, pilotlarla da tanış olub.

Tək-tənha uçacağından xəbər tutan Peon smartfonda kameranı işə salıb və bütün baş verənləri yaddaşa köçürüb. Daha sonra o, videonu redaktə edib, ondan kiçik bir film hazırlayaraq sosial şəbəkələrdə paylaşıb.

Yeri gəlmişkən, amerikalı nəhəng təyyarənin göyərtəsində təklikdə uçmaqda bəxti gətirən yeganə insan deyil. Oxşar hadisə bu yaxınlarda Vilnüsdən İtaliyanın Berqamo şəhərinə uçan Litva sakininin də başına gəlib.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az