Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
02:45
732



43-cü sessiya çərçivəsində “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda müzakirələr aparılıb

İyulun 6-da Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində İtaliyanın Romualdo Del Bianko Fondunun “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, tədbir yerli mədəni irs nümunələrinin yerləşdiyi ərazilərin dayanıqlı inkişafı üçün güclü mexanizmlərin yaradılması, yerli mədəni təzahürlərin təşviqi, mühafizəsi və inkişafına həsr olunub.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına sədrlik edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada nominasiyaların qiymətləndirilməsi, siyahıya salınması istiqamətində məhsuldar müzakirələrin aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya nümayəndə heyəti də bu sessiyada çox fəal iştirak edir.

Vurğulanıb ki, Romualdo Del Bianko Fondu mədəni irs sahəsində uğurla fəaliyyət göstərir: “İrs vasitəsilə sülhün əldə olunması” ideyasını da dəstəkləyirik. Bu, dünyada sülhün əldə olunması baxımından olduqca vacib məsələdir”.

Tədbirdə çıxış edən Romualdo Del Bianko Fondunun baş katibi Simone Giometti, fondun vitse-prezidenti Şarlotta del Bianko, İCCROM-un (Mədəni mülkiyyətlərin qorunması və bərpası üzrə Beynəlxalq tədqiqat mərkəzi) abidələr üzrə şöbəsinin direktoru Josef King tədbirin əhəmiyyətindən danışıblar.

Mədəniyyətlərarası dialoqun əldə olunması üçün irs nümunələrinin rolu, dayanıqlı inkişaf üçün memarlıq abidələri, maddi və qeyri-maddi irs nümunələrinin istifadəsi və qorunub saxlanılması, mədəni irs nümunələrinin müxtəlifliyi ətrafında çıxışlar olub. Çıxışlar zamanı turizmin mədəni müxtəlifliyə müsbət münasibətin təşviqində rolu, mədəni irs nümunələri barədə məlumat yaymaqla onlara kommersiya imkanları təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu məlumatlar pozitiv və səmimi şəkildə yayıldığı zaman onlar fərdi və sosial sabitliyin təmin olunmasına, eləcə də müxtəlif mədəniyyətlər arasında dialoqa zəmin yaradır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az