Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
12:12
549

07
Sen
12:12




Əlilliyi olan şəxslərin iş yerlərinin standartları təsdiqləndi

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.

XeberOxu.Az-ın məlumatına görə, bu standartlar tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

Standartlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramı və bu Standartlar nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar.

Bu standartlarda göstərilməyən digər istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan şəxsin işləməsinə icazə verilməsi tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal kimi həll edilir.

Əlilliyi olan şəxslərin iş yerinə dair ümumi tələblərə əsasən, oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir.

İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır. İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binalar xüsusi rabitə və informasiya vasitələri ilə təchiz edilməlidir. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq tələb yarandıqda müəssisə, idarə və təşkilatlarda istirahət, məişət və yemək otaqlarında, eləcə də tibb məntəqələrində əlilliyi olan şəxslərə bu məqsədlər üçün müəyyən edilmiş yerlər nəzərdə tutulmalıdır. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxs üçün tələblər binanın sifarişçisi tərəfindən nəzərə alınmalıdır.

Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslər üçün sexdaxili nəqliyyatın hərəkət yolları ayrı olmalıdır. İstehsalat sahələri bilavasitə girişə yaxın və 3-cü mərtəbədən yuxarı olmamaqla yerləşdirilməlidir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az