Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Sen
2019
13:14
426

12
Sen
13:14




Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb.

Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı.

İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb.

Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.

I qrup üzrə ən yüksək bal toplayan (690.5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub.

Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır.

Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az