Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



30 Sen
2019
22:34
447

30
Sen
22:34



Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri beynəlxalq qurultayda iştirak edib

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türk Dil Qurumu Başqanlığının təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında iştirak edib.

İnstitutdan XeberOxu.Az-a verilən məlumata görə, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu Bilig” əsərinin yazılışının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda, Türkiyə də daxil olmaqla, 15 ölkədən 133 məruzə dinlənilib.

Qurultayda “Kutadqu Bilig və Siyasətnamədə iş əxlaqı və peşələr” adlı məruzə ilə çıxış edən dosent E.Əzizova Qaraxanlılar Dövlətinin hacibi Yusif Balasaqunlunun və Səlcuqlular Dövlətinin vəziri Nizamülmülkün yazdığı siyasətnamələrin xüsusiyyətlərindən bəhs edib. E.Əzizova hər iki əsər çərçivəsində ilk türk-İslam cəmiyyətlərində iş əxlaqının əsas prinsipləri, cəmiyyətdə peşələrə münasibət, sosial həyatda sənətkarların mövqeyi, fərdi-ictimai rifah və dünya-axirət tarazlığı nöqteyi-nəzərindən işləməyin əhəmiyyətinə dair yanaşmaları təqdim edib.

Məlumat üçün bildirək ki, E.Əzizova respublikada və xaricdə 20-dən çox elmi konfransda məruzələrlə çıxış edib. 2011 və 2018-ci illərdə İstanbulda İSAM nəşriyyatında “Hz. Peyğəmbər döneminde çalışma hayatı ve meslekler” adlı əsəri nəşr olunub. 2009-cu ildə doktorantura üzrə elmi işi İstanbulda ən yaxşı “Hədis və siyər doktorantura dissertasiyası” mükafatına layiq görülüb. Respublika və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-dan çox məqalənin müəllifidir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az