# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
09:19
2775

23
May
09:19



ABŞ-ın Mayami-Deyd şəhərində mayın 28-i Azərbaycan Respublika Günü elan olunub

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən XeberOxu.Az-a verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhəri multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyi bildirilir. Belə ki, Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini qeyd edib.

K.Himenez dünyada 46 milyondan çox Azərbaycanlının son 100 ildə 28 may tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü qeyd etdiyini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu xatırladıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Mer Himenez 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırış edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.