25 Iyun
2020
12:05
8152

25
Iyun
12:05



ABŞ-ın neft ehtiyatları 540 milyon barreli ötüb

Birləşmiş Ştatların xam neft ehtiyatları artır.

XeberOxu.Az-ın məlumatına görə,  bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,4 milyon barrel (0,3 faiz) artaraq 540,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 300 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,2 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da 2 milyon barrel (0,3 faiz) artaraq 653,7 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,7 milyon barrel (0,7 faiz) azalaraq 255,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,7 milyon barrel azalmışdı.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.