Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
04:00
660

08
Sen
04:00



ADA Universitetində “Hüquq və rəqəmsallaşma” mövzusunda seminar keçirilib

ADA Universitetində “Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar təşkil edilib.

XeberOxu.Az-ın məlumatına görə, tədbirdə Martin Lüter Halle-Vittenberq Universiteti, Tallin Texniki Universiteti, ADA Universitetinin professor və tələbələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov çıxışında bildirib ki, bu gün rəqəmsallaşma prosesləri həyatımızın bütün sahələrini əhatə edir. Ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, rəqəmli hökumətin qurulması, informasiya cəmiyyətinin inkişafı istiqamətində işlər aparılır. Biz innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə ölkə iqtisadiyyatının diversifikasiyasını sürətləndirə bilərik. Məhz buna görə də bu, cənab Prezidentin hökumət qarşısında qoyduğu vacib tapşırıq və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Nazirlik rəsmisi qeyd edib ki, bu proses öz növbəsində hüquqi tənzimlənmə tələb edir. Söhbət təkcə müvafiq normativ aktların qəbulundan getmir. Əsas məsələ kadrların hazırlanmasıdır.

“Bugünkü tədbirdə dövlət və elm sahəsində çalışan hüquqşünaslar toplanıb. Bu, dialoq qurmaq, Azərbaycanda rəqəmsallaşdırma prosesinin intensivləşməsi, elm və təcrübəni bir-birinə yaxınlaşdıraraq dəyər qazandıracaq platforma yaratmaq üçün bir fürsətdir. Məhz bu hədəflər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin prioritetlərini təşkil edir”, - deyə R.Əzizov vurğulayıb.

Tədbirdə yerli və beynəlxalq ekspertlər, habelə Avropanın tanınmış ali məktəblərinin professor və müəllimlərinin rəqəmsal erada informasiya hüququ, rəqəmli bazarların harmonizasiyası, süni intellekt və əşyaların interneti kimi yüksək texnologiyaların hüquqi tənzimlənməsi və qeyd olunan sahədə kibertəhlükəsizliyin müstəsna əhəmiyyəti üzrə Avropa təcrübəsinə əsaslanan informativ təqdimatları dinlənilib. Bununla yanaşı, seminar çərçivəsində ölkəmizdə “Rəqəmsal Hüquq Laboratoriyası”nın - “Digital Law Lab” yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az