Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



31 Iyul
2020
18:16
4494
31
Iyul
18:16



Xəbəri səsli dinlə
ADU-nun Konfutsi İnstitutu “intellektual rinq” adlı onlayn oyun keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin Xalq Azadlıq Ordusunun yaranmasının 93-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin 102 illiyinə həsr olunmuş “intellektual rinq” adlı onlayn oyun təşkil edib.

ADU-dan XeberOxu.Az-a bildirilib ki, universitetin çinşünas tələbələrinin iki komandası Çin dilini bilmək üçün yarışaraq, Çin atalar sözlərində və kəlamlarında təqdim olunan hərbi mövzu ilə bağlı sualları cavablandırıb. Oyunun birinci mərhələsində cəmiyyətin və dövlətin həyatında ordunun rolu, ikinci turda isə hərbi əməliyyatların aparılması taktikası və strategiyası ilə bağlı məsələlər olub.

“Musiqi pauzası” zamanı raundlar arasında Çin Xalq-Azadlıq Ordusunun Orkestrinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin ifasında musiqi kompozisiyaları səsləndirilib. Sonda ADU Konfutsi direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf tarixindən danışıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi Azərbaycan ordusu bu gün texniki təchizat baxımından dünyada ən güclü 50 ordu sırasındadır.

R.Abbasov həmçinin qeyd edib ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın baş katibi Si Cinpinin milli müdafiənin və Silahlı Qüvvələrin gücləndirilməsinin zəruriliyini vurğulayıb, Silahlı Qüvvələrin COVİD-19 ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

Onlayn tədbirdə Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zabratda iki avtomobil toqquşdu, yaralı var







Bakıda gənc ülgüclə özünü doğradı







Bakıda qardaş qardaşı bıçaqlayıb öldürdü







“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.