XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



11 Avq
2022
20:05
641
11
Avq
20:05



AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət ETDİ

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib.

Xeberoxu.Az-ın "Report"a istinadən məlumatına görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.

AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.

Qeyd edək ki, "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart açıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.