Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
20:14
807

01
Iyun
20:14



ANAMA ay ərzində 300-ə qədər partlamamış hərbi sursat aşkarlayıb

19-cu ilin may ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551,987 kv.m (55.20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Xeberoxu.az-a verilən məlumata görə, əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 534,451,206 kv.m ərazi təmizlənib, 803,597 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 10, Dövlət Sərhəd Xidmətindən - 2, Rayon Polis Şöbələrindən - 2, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən - 1 müraciət daxil olub.

Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılıb, 110 ədəd partlamamış hərbi sursat , 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az