Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Okt
2020
09:13
3228
15
Okt
09:13



ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, dron və mərmi qalıqları aşkar edib

Oktyabrın 14-ü Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Şəmkir, Tovuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) müraciət daxil olub.

ANAM-dan XeberOxu.Az-a  verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Evoğlu, Şükürağalı kəndləri və Quzanlı qəsəbəsi, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Yuxarı Qiyaməddinli, Orta Qərvənd kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şatırlı kəndi, Füzuli rayonunun Əhmədalılar kəndi, Goranboy rayonunun Şahməmmədli, Səfikürd, Qızılhacılı, Meşəli və Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndi, Tovuz rayonunun Azaflı kəndi, Tərtər rayonunun Düyərli, Güləbatlı, Əskipara kəndləri və Narlıq qəsəbəsi, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 9M33 raketinin döyüş başlığı (boş), 2 ədəd dron və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 3 ədəd 152 mm-lik top mərmisi (2 ədəd OF-29 və 1 ədəd OF-45) və 2 ədəd dronu partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib. Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 14 oktyabr 2020-ci il tarixlərində 570 siqnal (əməliyyat çağırışı) əsasında 505 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 90 ədəd partlamamış hərbi sursat (PHS), 1 141 ədəd 9M525 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 4 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 203 ədəd partlamış raket hissələri aşkar olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.