# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:28
932

25
Mart
19:28



ATU professorundan koronavirusla mübarizəyə dəstək

Ağ ciyərin süni ventilyasiya aparatı ixtisaslaşmış xəstəxanaya verilib.

Xeberoxu.Az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov koronavirus pandemiyasına qarşı mübarizə kampaniyası çərçivəsində təşəbbüslə çıxış edib.

40 ildən artıqdır peşəkar fəaliyyətlə məşğul olan doktor Ç.Rəhimov, bir il öncə yaratdığı "EcoDent" klinikasında olan süni ventilyasiya aparatını koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün ixtisaslaşmış xəstəxanalara təqdim edib.

"Klinikamız ən müasir avadanlıqla təchiz olunub. İşçi heyətinin peşəkarlığını və müvafiq avadanlığın mövcudluğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi ölkəmizdə ilk dəfə olaraq cərrahi əməliyyatları və stomatoloji xidməti ambulator şəraitdə, ümumi ağrısızlaşdırma (narkoz) altında aparılmasına icazə verib. Bu da bizi digər stomatoloji müəssisələrdən fərqləndirir".

Professor Ç.Rəhimovun sözlərinə görə, digər özəl tibb müəssisələri də ölkə Prezidentinin təşəbüssünə qoşulmalı və koronavirusla mübarizədə əlindən gələni əsirgəməməlidir: "Hazırda bütün dünya və ölkəmiz ciddi ağ ciyər ağırlaşmalarına səbəb olan koronavirus pandemiyası ilə qarşılaşıb. Böyük xəstə axını olduğu təqdirdə, ağ ciyərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşə bilərik. Buna görə də, tam işlək vəziyyətdə olan süni ventilyasiya aparatını, bu işə cəlb olunmuş təşkilatların göstərişinə əsasən lazımi xəstəxanaya təqdim etmişəm".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.