AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





08 May
2019
18:47
2037



Abşeronda əməliyyat – Silahlı şəxslər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb.

R.Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Yasamal rayon sakini Samir Həsənov da saxlanılaraq istintaqa təqdim edilib. S.Həsənov ifadəsində silahın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
 
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər







Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az