Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



24 Sen
2020
11:57
3763
24
Sen
11:57



Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.