26 Iyun
2020
04:00
10877

26
Iyun
04:00



Acı şokoladın 9 möhtəşəm faydası

Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi tövsiyə edirlər.

Şokoladın tərkibində kakao çox, şəkər isə az olarsa, faydaları bir o qədər çox olar. Faydalı şokoladın tərkibində kakaonun miqdarı 70% və bundan çox olmalıdır.

XeberOxu.Az azfood.az-a istinadən acı şokolad yeməyin 6 müsbət təsirini təqdim edir:

1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olan bir çox maddələr var:

- 11 qram qida lifi

- Gündəlik ehtiyacımız olan dəmirin 67%-i

- Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i

- Gündəlik ehtiyacımız olan manqanın 98%-i

- Gündəlik ehtiyacımız olan misin 89%-i

- Həmçinin böyük miqdarda potassium, fosfor, sink və selenium.

Lakin gündəlik sadəcə 20-30 qram qara şokolad istehlak etmək məsləhət görülür.

2. Qara şokolad qan təzyiqini tənzimləyir.

Yüksək və aşağı qan təzyiqindən əziyyət çəkənlər üçün qara şokolad yemək məsləhət görülür.

3. Qara şokoladın tərkibindəki flavonol maddəsi dərini günəşin zərərverici təsirindən müdafiə edir.

Belə ki, şokolad üz dərisində də qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır.

4. Şokolad beyni işləməyə vadar edir.

Onun tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır.

5. Acı şokoladın tərkibində yaşıl çayda və almada olandan daha çox antioksidant var.

Antioksidantlar sərbəst radikallarla mübarizə aparırlar. Bu hissəciklər xərçəngin, aterosklerozun, Altsheymer xəstəliyinin, diabetin, kataraktanın və bundan əlavə 50-ya yaxın təhlükəli xəstəliyin inkişafına səbəb olur.

6. Qara şokolad qadınlar üçün yaxşı afrodizyak hesab edilir.

İtaliya alimlərinin fikirlərinə görə, şokolad sevən qadınların seksual aktivliyi bu şirniyyatı sevməyənlərlə müqayisədə çox yüksək olur. Bunun səbəbi isə şokoladın tərkibində fenilalanin maddəsinin olmasıdır. Bu maddə endorfinin əmələ gəlməsini sürətləndirir.

7. Şokolad əhval-ruhiyyəni yaxşılaşdırır.

Kakao tozunun tərkibində stressi aradan qaldıran, əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə əhvala yaxşı təsir edir.

8. Ürək-damar xəstəlikləri ilə mübarizə aparır

Alimlər 50-64 yaşlı 55 min insanı qiymətləndirərək müəyyən ediblər ki, gün ərzində 30 qr şokolad yeyən insanlar 30% daha az ürək-damar xəstəliyinə tutulur.

9. Şokoladla öskürəyi sağaltmaq mümkündür.

Alimlərin bildirdiklərinə görə, şokolad öskürəyi, hətta ən təsirli dərmanlardan belə yaxşı sağaldır.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.