02 Dek 2019
18:52
![]() |
02
Dek 18:52
![]() Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədə olan qanunvericilik aktlarının tələblərinin Agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi və onların maarifləndirilməsi məqsədilə təlimlərə start verilib. Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, bütün Regional İdarələri əhatə edəcək təlimlərə Lənkəran şəhərindən başlanılıb. Təlimçilər - Agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə regiondakı əməkdaşlara məlumat veriblər. Yeni yaradılan zonaların müzakirə olunduğu təlimdə həmçinin məlumatların sistemə daxil edilməsi yolları öyrədilib, sahibkarların işinin asanlaşdırılması baxımından onların yeniliklər barədə bilgiləndirilməsi, regional idarələrin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması kimi mövzular əhatə olunub. İştirakçılar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar. Qeyd edək ki, təlimlər sistemli və ardıcıl olaraq ADRA-nın bütün regional idarələrində həyata keçiriləcək. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |