XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



12 Iyul
2021
19:21
5755
12
Iyul
19:21



“Kəmər və Yol”a rəqib olacaq plan hazırlanacaq

Avropa İttifaqı Avropanı dünyaya daha yaxından bağlayacaq yeni infrastruktur planı icra edəcək.

Xeberoxu.Az “Reuters”ə istinadən xəbər verir ki, Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş və Asiya ilə Avropa arasında infrastruktur layihələri vasitəsilə xarici ölkələri təsir altına almağı hədəfləyən “Kəmər və Yol” təşəbbüsünə qarşı Aİ də 2022-ci ildən iddialı planı tətbiq etmək qərarına gəlib.

“Biz Çinin dünyanın hər yerində siyasi nüfuzunu artırmaq üçün iqtisadi və maliyyə vasitələrindən istifadə etdiyini görürük. Bu barədə boş-boşuna səs salmaqdansa, alternativ təklif etməliyik. Avropa İttifaqının onları ABŞ-la yaxından əlaqələndirməsi çox mühümdür”, - Almaniyanın xarici işlər naziri Heyko Maas deyib.

Qeyd edək ki, “Globally Connected Europe” – “Dünya bağlantılı Avropa” adı verilən yeni strategiyada Çinin adı çəkilməsə də, layihənin hazırlanmasında iştirak etmiş bir diplomatın təbirincə desək, 8 səifəlik sənədin “hər yerində Çin yazılıb”.

2013-cü ildən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çin Cənub-Şərqi Asiya, Orta Şərqdə, Orta Asiyada, Avropa və Afrikadakı 60-dan çox ölkədə müxtəlif tikinti layihələri icra edib.

Daha əvvəl Aİ Avropa və Asiya arasında nəqliyyat, enerji, rəqəmli layihələrini əlaqələndirmək üçün Hindistan və Yaponiya ilə tərəfdaşlığa dair razılığa gəlib. Hər iki ölkə Çinin bu səxavəti nəticəsində kasıb ölkələrin böyük həcmdə borc götürərək Çindən asılı qalmalarından narahat olduqlarını bildiriblər.

Xatırladaq ki, iyunun 11-13-də keçirilmiş G7 zirvə görüşündə də infrastruktur tərəfdaşlığını genişləndirmək hədəfi ortaya qoyulmuşdu.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Xarici Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.