XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Iyul
2021
18:25
1211
28
Iyul
18:25



Rusiya XİN: "Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına dair danışıqların başlayacağına ümidvarıq"

“Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan vəziyyətə xüsusi diqqət yetirir. Rusiya sabitliyin qorunmasına, dinc həyatın bərpasına, o cümlədən qaçqınların qaytarılmasına, cəsədlərin qarşılıqlı şəkildə təhvil verilməsinə mühüm töhfə verməyə davam edir. Bakı ilə İrəvan arasında etimad tədbirlərinə dəstək verir, KTMT, BMT, UNESCO missiyalarının bölgəyə gəlişini təmin etmək üçün çalışırıq”.

Xeberoxu.Az-in Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya XİN-in Qarabağda gərginliyin artmasını narahatlıqla qarşıladığı diqqətə çatdırılıb: “Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.

Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşlərini şərh edən Zaxarova danışıqlarda regiondakı vəziyyətin əsas yer tutduğunu vurğulayıb. O deyib ki, ölkə rəhbərləri ən optimal həll variantlarını tapmaq əzmində olduqlarını, qan tökülməsinə son qoymuş razılaşmaları ardıcıl və hərtərəfli şəkildə yerinə yetirməyə tam sadiq olduqlarını bildiriblər.

Bundan əlavə, bir neçə dəfə müzakirələr aparmış üçtərəfli işçi qrupun fəaliyyətinə də diqqət yetirilib: “İşçi qrupun yaxın vaxtlarda iclaslarına davam edəcəyinə inanırıq. Bu da həm Azərbaycanın, həm Ermənistanın, bütövlükdə Cənubi Qafqazın mənafeyinə uyğun olacaq birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamaq imkanı yarada bilər”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.