XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
10:50
733
30
Iyul
10:50



Bu dövlət qurumunda işləmək istəyənlər sabah imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il iyulun 31-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

DSMF-yə işə qəbul imtahanının keçirilməsi üçün 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 1777 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi namizədin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan iştirakçıları daha ətraflı məlumatla “Namizədin yaddaş kitabçası”nda tanış ola bilərlər.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat hələ davam edir və bu gün saat 14:00-da başa çatacaq. İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.


Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.