XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
16:51
757
30
Iyul
16:51



Yaqut Qarayeva: “Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var”

“Tibbi tullantıların ayrılması xəstəxanada daxilində baş verir”.

Xeberoxu.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda proqramda bildirib.Y. Qarayeva deyib ki, tibbi tullantı xəstəxanada ayrılmalıdır: “Xəstə ilə təmasda olmuş hər bir tullantı infeksion tullantıdır. Xəstəxananın ofis hissəsində əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantıları olur. Xəstəxanada kəsici-dəlici tullantılar da olur, bunlar da çox təhlükəlidir. Məsələn, biz iynəni zibil torbasına atırdıq. Bu iynə sonra torbanı deşərək düşə və başqa ciddi problemlərə yol aça bilər. Ona görə belə tullantılar üçün plastik qablardan istifadə olunmalıdır”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var: “Tullantıların daşınmasını başqa orqanlar həyata keçirməlidir, bu, xəstəxananın özünün daşıyacağı bir yük deyil. Məsələn, Türkiyədə bu tullantıları bələdiyyə daşıyır, bu, xəstəxananın işi deyil. Hər bir xəstəxananın topladığı tullantıları özünün utilizasiya etməsi başqa problemə səbəb ola bilər. Bunun ekoloji problemləri var. Bu tullantılar harada utilizasiya olunur, doğrumu utilizasiya olunur? Ona görə də dünyada bu tullantıları xəstəxana müvəqqəti toplayır, müvəqqəti saxlamaq üçün xüsusi standartlara uyğun yer hazırlayır”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.