XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



31 Iyul
2021
05:00
815
31
Iyul
05:00



USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş “Azərbaycanda Qadın Sahibkarlığının Perspektivləri və Qadınların Milli Biznes Gündəliyinin Rolu” mövzusunda dəyirmi masada Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Artur və Oklahoma ştatının kommersiya işləri üzrə katibi cənab Skot Muller iştirak edib. Görüş zamanı iştirakçılar qadın sahibkarlığının təbliğatının əhəmiyyətini və qadınların üzləşdiyi çətinlikləri müzakirə ediblər və Qadınların Milli Biznes Gündəliyinin mövcud çətinliklərin vahid səslə ünvanladırılmasında rolunu vurğulayıblar.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, Oklahoma tarixində ilk qadın kənd təsərrüfatı katibi Bleyn Artur qadınların kənd təsərrüfatına verdiyi töhfələrin çox vaxt diqqətdən kənarda qalmasını və bu töhfələrin qiymətləndirilməsinin artırılmasının vacibliyini vurğulayıb. “Hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində gələcək fürsətlərin dəyərləndirilməsi məqsədilə Azərbaycandakı biznes qadınları ilə əlaqələrin qurulması fürsətini qiymətləndirirəm” katib Artur qeyd edib. Katib cənab Muller xanım Arturun şərhinə əlavə edərək bildirib ki, iqtisadiyyatın diversifikasiya edilməsi kifayət deyildir və uzunmüddətli davamlılığı və iqtisadi böyüməni təmin etmək üçün işçi qüvvəsinin diversifikasiya edilməsi vacibdir.

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş dəyirmi masada Birləşmiş Millətlər Təşkilatı, Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Kənd Qadınları Assosiasiyası, Azərbaycan Biznes Qadınları, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyinin nümayəndələri iştirak edib.

Sahibkar və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlığı sahəsində elm və təcrübənin birləşmədiyini qeyd edərək daha çox qadının dünya biznesində rolunu artırmaq məqsədilə təcrübəli mentorların bu istiqamətə cəlb edilməsinin mühüm amil olduğunu bildirib.

USAID-in Özəl Sektorun İnkişafı layihəsinin (2019-2024) məqsədi qarşılıqlı tərəfdaşlıq və investisiya istiqamətlərini prioritetləşdirərək Azərbaycan iqtisadiyyatının dayanıqlığını artırmaq və sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaqdır. Layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərə qadınların iqtisadi fəaliyyətə cəlb olunması, o cümlədən kənd təsərrüfatı və təsərrüfat fəaliyyətlərinin genişləndirilməsi, Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətinin artırılması, sahibkarlığa dəstək xidmətlərinin potensialının artırılması və mikro, kiçik və orta sahibkarlığın inkişafında maneələrin azaldılması daxildir.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.