Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
11:32
1175
21
Noy
11:32



Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat

Ağdam rayonunun işğaldan azad edilməsi şanlı tariximizin ən qürurlu səhifəsidir.XeberOxu.Az-ın məlumatına görə, bunu  Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Ağdam rayonu həm coğrafi və iqtisadi cəhətdən əlverişli rayondur. Bu rayonun düşməndən azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq:

“Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq üçrəngli Azərbaycan bayrağı artıq Ağdamda dalğalanır. Hazırkı şəraitdə Ağdam rayonunun düşməndən itkisiz azad olunması möhtərəm Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də uğur əldə etməyimizi şərtləndirdi. Belə ki, cəbhədə ciddi itki verən düşmən ağ bayraq qaldırmağa məcbur oldu və bəyanata imza atdı. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm sənəddir”.

Deputat qeyd edib ki, bir məsələni diqqətdən qaçırmaq lazım deyil: “Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, qətiyyəti və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq”.

İ.Yusifov onu da qeyd edib ki, Ağdam bundan sonra öz doğma vətəndaşlarını qoynuna alaraq daha da çiçəklənəcək və bu rayonda həyata keçiriləcək yenidənqurma işlərindən sonra Ağdam ölkəmizin ən gözəl rayonlarından birinə çevriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.