XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
16:17
363
07
Apr
16:17



Agentlik: “Mart ayında 150 müraciətçiyə şəhadətnamə verilib” - FOTO

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb

Məlumata görə, ötən ay üzrə 205 müraciətçinin 150-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 29, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 21, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və ixtisasın ekvivalentliyi olmaması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 31, hüquqşünaslıq üzrə 26, maliyyə üzrə 32, tibb üzrə 19, biznesin idarə edilməsi üzrə 17, menecment üzrə 15, mühəndislik üzrə 13, təhsil elmləri üzrə 11, beynəlxalq münasibətlər üzrə 9, kompüter elmləri üzrə 8 və digər ixtisaslar üzrə 24 nəfər müraciətçi qeydə alınmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 67, Türkiyədən 54, Rusiyadan 42, Gürcüstandan 16, Çin Xalq Respublikasından 6, digər ölkələrdən isə 20 müraciətin olduğu müşahidə olunur.


 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.