XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Mart
2021
00:20
1059
07
Mart
00:20



Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar

İşğaldan azad olunmuş Qubadlı rayonuna səfər edən Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər burada erməni vandallarının törətdiyi ekoloji terrorun izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

XeberOxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Möhübbət Qurbanov erməni vandallarının Qubadlıda törətdikləri vəhşiliklər barədə məlumat verib. Bildirib ki, Həkəri çayı boyunca böyük tut bağları ekoloji terrora məruz qalıb. Bütün ağaclar kəsilib, yandırılıb. Şərq çinarı, yunan qozu kimi nadir ağac növləri məhv edilib. 107 hektar ərazini əhatə edən Bəsitçay dövlət qoruğu ekoloji terrora məruz qalıb. Burada dəfələrlə yanğınlar törədilib. Kəndlərimiz dağıdılıb, yaşıllıqlarımız məhv edilib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlərin işğaldan azad olunmuş rayonlara səfəri Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.