XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



29 Iyul
2021
16:04
1156
29
Iyul
16:04



AA seriyalı maşınla piyadanı vurub öldürən sürücünün kimliyi bilindi - VİDEO

Dünən səhər saatlarında Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes-Benz Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 28-də səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes-Benz Maybach” markalı avtomobillə piyada vurulub. Hadisə zamanı piyada, 1941-ci il təvəllüdlü İsmayılov Vardar Muxtar oğlu vəfat edib.

Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Muradov Gülməmməd Məmməd oğlu olduğu müəyyən edilib.Kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsi G.Muradov günahsız olduğunu bildirib. “Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və məlumata görə, şirkətin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehrdir.

Piyadanın vurulması ilə bağlı başlanan istintaq qəzanı törədən G.Muradovu sərbəst buraxıb.

Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb. O, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat verib aldadıldığını bildirmişdi. Bununla bağlı o, F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.