# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
10:01
2321

23
May
10:01



Ağsuda avtomobil oğurlayan şəxs tutulub -FOTO

Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini R.Abuzərov ona məxsus “VAZ 2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Araz Vəliyev olduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, A.Vəliyev R.Abuzərova məxsus “VAZ 2107” markalı avtomaşını almaq məqsədilə avtomobilə oturub və daha sonra avtomobili qaçıraraq ərazini tərk edib.

Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə aparıb və onu şəhər sakini İlqar Məmmədova satıb. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılaraq Ağsu RPŞ-yə gətirilib. Avtomobil isə heç bir zərər görmədən sahibinə geri qaytarılıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.